Vizual redaktor/Portal/Yeni istifadəçilər

From mediawiki.org
This page is a translated version of the page VisualEditor/Portal/New users and the translation is 100% complete.

Əgər Vizual redaktor öz işini görərsə biz öyrəşdiyimizdən daha çox yeni istifadəçi görəcəyik, onların çoxusu isə faydalı iş görməkdə maraqlı olacaq. Hətta yeni İnterfeyslə belə onlara cəmiyyətə və onun qaydalarına uyğunlaşmaq üçün vaxt lazım olacaq. Xoşbəxtlikdən layihələrin çoxunun insanların sual verə biləcəkləri köməkçi forumları və IRC kanalları və istifadəçiləri bu forumlara və kanallara yönəldən səhifələri var. Ancaq, təəsüf ki, biz bu qədər yeni istifadəçi görməyə öyrəşməmişik.

Əgər sizin boş vaxtınız olarsa, xahiş edirik, öz layihəniz üçün müvafiq olan səhifələri nəzarətdə saxlayın. Hazırki köməkçilər hökmən sizin təklif etdiyiniz hər bir köməyi dəyərləndirəcəklər.