User:Mustafa Abbasbəyli

From mediawiki.org

Mustafa Aslan oğlu Abbasbəyli 27.09.1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbə daxil olmuşdur, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbə, 1995-ci ildə 12 saylı Gəncə şəhər orta məktəbə keçmiş və 1996-cı ildə oranı bitirmişdir. 1996-cı ildə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər fakültəsinə daxil olub, 2000-ci ildə “Beynəlxalq Hüquq” ixtisası alaraq oranı bitirmişdir. 2000-ci ildə Türkiyənin Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünə daxil olub, 2001-ci ildə “Türk Dili” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2001-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinin maqistratura pilləsinə daxil olub, 2003-cü ildə “Xüsusi Hüquq” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna (əvvəlki adı-Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu) aspirant olaraq daxil olub, 2009-cu ildə “12.00.03 - mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda İSR Auto/Toyota Baku şirkətinin Baş direktoru vəzifəsini tutur. 25-dən artıq elmi əsərin müəllifidir. 2007-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 2008-ci ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-cu ildən etibarən isə Komitənin sədridir. 2010-cu ildən etibarən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Hüquq üzrə fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə malikdir. 2012-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində, Elmlər Doktoru proqramı üzrə doktorantdır. 2013-cü ildən etibarən eyni universitetin Bank İşi kafedrasında müəllimdir. Evlidir, iki övladı var.